Biz müstəqil dövlətik!

Bizim bayrağımız var.

Babalardan əmanət

Qalan torpağımız var.

* * 

Borcluyuq qorumağa!

Qulluğunda durmağa!

Əkməyə, suvarmağa

Dədə tövsiyəmiz var.

* * 

Tuncayam, elim, Ağdam!

İnana bilmir adam.

Vətən edilib, edam…

Dörd yanda tikəmiz var!

14.04.2018. (İlk şeir) Bakı ş.

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)