ingilis dili müellimi

Zaur Ustacın  “Güllünün Şeirləri” kitabı əlifbanı yeni öyrənməyə başlayanlar üçün çox əlverişli bir vəsaitdir. Beləki, anoliji vəsaitlərdən fərqli olaraq  əlifba sırası ilə bütün hərflərin hamısına və eyni zamanda 1-dən 9-a qədər bütün rəqəmlərə aid olduqca axıcı şeir, tapmacalar yığcam şəkildə bir kitabda toplanmışdır. Aşağıdakı bəzi nümunələrə nəzər salaq:

“ L “

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

Və ya başqa bir nümunə:

“  N “

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

Daha bir maraqlı nümunə:

“ Ç “

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

Mənim xoşuma ən çox bu şeir gəlir:

“ K “

Kirpi kələmlə bir gün

Gəldi kəllə-kəlləyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

Müəllif: Zaur Ustac


YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR