20 YANVAR  – Azərbaycanlılar bu günü Ümumxalq Hüzn  Günü kimi təqvimlərə qeyd ediblər. Orada 146 adam həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz olaraq həbs olunub. Artıq 20 Yanvarın üstündən tam 31 il keçir.

Bəli, biz 30 ildir həsrətində olduğumuz Qarabağı işğalçılardan azad etdik. Amma bu 20 Yanvarı, Xocalı faciəsini, 31 mart soyqırımını və digər faciələri unutmağımıza səbəb ola bilməz! Çünki biz bu günləri unutsaq belə işlər başımıza yenidən gələ bilər. 1990 – cı ildə baş verənlərdən daha da pis hadisələrlə üzləşə bilərik. 20 YANVARda şəhid olanlara Allahdan rəhmət diləyirik.

Allah 20 Yanvarda, Xocalı faciəsində, 31 mart soyqırımnda Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Artıq onların ruhu şaddır, çünki həm qanları yerdə qalmadı, həm də onların uğrunda şəhid olduqları Azərbaycan öz sərhədlərini bərpa etdi. Qarabağ azad olundu. QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR! Şəhidlərimizin ruhları şaddır.

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)