Zaur USTAC 1975-ci ildə anadan olub.

O artıq kiçik yaşlarından məqalələr yazırdı.  Yazdığı məqalələr Ağdamın tək qəzeti olan “Lenin yolu” qəzetində çap olunurdu. Bu qəzetin adı sonradan, 1990 – ci ilin yay aylarında “Ağdam” olaraq dəyişdirilib . Onun  ilk məqaləsinin adı “Əməyə məhəbbət” olub.Uşaqlıqda  məktəbləri və kəndləri haqqında yazan şair sonralar  “Yazarlar” (2007) jurnalını təsis etdi və öz  saytlarını yaratdı:

http://yazarlar.az/

https://zaurustac.tr.gg/

O həyatını şairliyə həsr etmişdi. Bir az daha irələyəndə artıq öz şeirlərinİ birləşdirdi və ilk şeirlər kitabı “GÜNAYDIN” (2010) çap olundu. Daha sonra kitablar bir-birinin ardınca işıq üzü görməyə başladı. Ən məşhur kitablarına Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Oriyentir Ulduzu” (2011), Moskva Kremlini tikən şamaxılı memar Əliş Kərəmliyə həsr olunmuş “Əliş və Anna” (2018), balaca uşaqlar üçün olan ”GÜLÜNÜN ŞEİRLƏRİ” (2011) kitablarını misal göstərmək olar. Ən yeni nəşr olunan kitablarından biri “45” adlı şeirlər kitabıdır. Xüsusilə Vətən və şəhidlər haqqındakı şeirləri çox təsirlidir. Şairin ən çox sevdiyim şeiri “GƏZDİM”dir:

Artıq o Azərbaycanda tanınmış şairlərdən biridir. Zaur Ustacın 1988-ci ildən bu tərəfə tam 72 qəzetdə və 7  jurnalda şeiri və ya məqaləsi işıq üzü görüb. Çoxlu (10-dan artıq) antologiyalarda yer alıb. Özünün müəllif olaraq 30-a yaxın kitabı nəşr olunub. Sözümü Zaur Ustacdan sitatla bitirmək istəyirəm:

 “Tarixi yaşat ki, tarix də səni yaşatsın…”

21.01.2021. Bakı ş.

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)