SÖNMƏYƏN ULDUZLAR

(Şəhid Ehtiraz Mejdinov haqqında)

Əfsanəyə görə göydə olan ulduzların hərəsi bir insanın taleyi ilə bağlıdır. İnsan nə qədər yaşayırsa, onun ulduzu da bərq vurur. Ulduz sönəndə isə insan dünyasını dəyişib, torpağa qovuşur. Sönməyən ulduzlar varmı görəsən? – Bəli, əbədi yaşayan  ulduzların ziyası, özü uçub getsə də, öz yerində sönməz işıq qoyub gedir. Ömrünü əbədi sönməzliyə qərq edən insan torpağı, xalqı yolunda canını qurban verənlərdi. Onlardan biri də Ehtiraz Oruc oğlu Mejdinovdur.

O, 1964-cü ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdur. Ana vətənini, onun torpağının hər qarışını hər şeydən üstün tutan, ürəyi hər an torpaqlarının azadlığı üçün narahat olan Ehtiraz Mejdinov vətənin dara düşdüyünü görüb könüllü olaraq onun müdafiəsinə qalxdı.

Ehtiraz Mejdinov – Şəhrili – Ağdam rayonu, Yusifcanlı kəndi.

1992-ci ildə könüllü olaraq Qarabağ döyüşlərinə qatıldı. O, belə də olmalı idi, çünki halal, vətənpərvər, zəhmətkeş bir kişi olan Oruc kişidən tərbiyə alımışdı. Döyüş dostları hər zaman Ehtirazın haqqında xoş sözlər danışır, onun necə də vətənpərvər, igid, qorxmaz olduğunu söyləyirdilər. Mən onlardan bir neçə nəfəri ilə söhbət etdim. Söhbət  zamanı döyüş dostları bildirdilər ki, ata-babalarımızın  uyuduğu torpaqlarımızı qorumaq, onun uğrunda şəhid olmaq hamımızın borcudur. Ehtiraz bu borcu şərəflə yerinə yetirdi və son nəfəsinə qədər əsl igid kimi döyüşdü. Ehtirazın görəcəyi işlər hələ qabada idi. O cismən ölsə də, biz onu diri sayırıq və həmişə öz aramızda hiss edirik, çünki o, ölməyib , ölməzliyə qovuşub.Ehtiraz çox döyüşlərdə iştirak etmiş və qəhrəmanlıqlar  göstərmişdir. O, döyüşlərdə hər zaman öndə olmuş, qorxu nə olduğunu bilməmişdir. Həmişə də döyüş yoldaşlarına deyərmiş ki, ancaq və ancaq irəliyə doğru – düşmənin üzərinə getmək lazımdır. Geriyə yol yoxdur, çünki arxada ana və bacılarımız var. Bir də ki, sinənəniz olan yerdə kürəyiniz qabağa verməyin. 10 may 1994-cü il tarixində Horadiz əməliyyatında Ehtiraz Mejdinov canından əziz tutduğu vətən yolunda şəhid oldu və ölməzliyə qovuşdu. Allah rəhmət eləsin! Qəbri nurla dolsun. Ehtiraz ailəli idi. Onun 3 övladı var. Onlar ataları ilə qürur duyurlar. Onuda qeyd edim ki, Ehtirazın 3 qardaşı da Qarabağ da müharibəsi veteranıdır. İnsan taleyi keşməkeşli, uçurumlu yola bənzəyir. Bəzən bu taleyin işığına onlarla pərvanələr yığışır, həyatı, qidanı oddan alır. Ehtirazın da taleh işığından  övladları, qohumları və el-obası ziya alır. Bu taleyin işığı onu əbədi yaşadacaqdır. Torpaqlarımızın azadlığı uğrunda mərdliklə canından keçmiş Ehtiraz Mejdinov kimi qəhrəmanlar cismən ölüb getsələr də ruhən xalqının qəlbində ölməzləşir  və ədəbiyaşar olur.

Müəllif: Ə.MƏMMƏDOV

İlkin mənbə: “Ağdam” qəzeti



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR