Arif Məmmədov

Arif Məmmədov – Məmmədov Arif (Yaşar) Qara oğlu 1974 – cü ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olub. 1981 – ci ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1991 – ci ildə həmin məktəbi bitirmişdir. 1992 – ci ilin payızında Ağdam cəbhəsində döyüşən orduya qoşulmuş və 1996 – cı ilə qədər Azərbaycan Ordusunda ancaq döyüş bölgələrəndə xidmət etmişdir. Dəfələrlə yaralansa da, səngəri tərk etməmiş və ya müalicə olunduqdan sonra yenidən əsgər yoldaşlarının yanına qayıtmışdır. Birinci Qarabağ Müharibəsi qazisi Arif Məmmədov ailəlidir. Övladları var. Doğma Yusifcanlıya qayıdacağı günü səbrsizliklə gözləyir. aa həyatının müəyyən məqamları fotolarda:

Arif Məmmədov – Yaşar ön sırada əlində silah ortada. Ağdam cəbhəsi.

Fotoda (sağdan sola): Cəfər İsmayılov, Ayaz Məmmədrzayev , Camal Abdullayev, Arif Məmmədov – Yaşar bu cavanlar Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin 1991- ci il məzunlarıdır.

QEYD:

Arif Məmmədov – Yaşar Ağdam rayonu, Yusifcanlı kəndində yaşamış Şəhrili Fatı nənənin nəvəsidir.


Müəllif: Zaur Ustac


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR