WWW.YAZARLAR.AZ

Zaur Ustac – “Güllünün şeirləri” məktəbəhazırlıq qrupları üçün vəsait

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə Hazırlaşırıq” adlı metodik vəsaitə daxil olunmuş şeirlərdən ibarət  Zaur USTACın “Güllünün Şeirləri” kitabı NAYO – Norwegian Azerbaijanis’ Youth Organization Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbində azərbaycanlı uşaqların ana dilimizi öyrənməsində yardımçı vasitə kimi istifadə olunacaq. Bu barədə məktəbin təşkilatçılarından olan Günay Əliyeva məlumat vermişdir:

 Zaur Ustacın müəllifi olduğu “Güllünün şeirləri”kitabı artıq məktəbimizdədir. Kitabda hər bir hərf üçün yazılmış şeirlər, tapmacalar uşaqlarımız üçün maraqlı bir dünya yaradacaq və əlifbamızı öyrənməyə həvəsləndirəcəkdir. Arzu müəllimə də bu kitabdan dərs vəsaiti kimi istifadə edəcəkdir. Əziz uşaqlar “Ana dili” dərslərində tezliklə görüşərik və kitabla yaxından tanış olarsınız.”

Həmyerlilərimizin ölkə başçısı tərəfndən Nizami ili elan olunmuş bu ildə dahi şairimizin adını daşıyan məktəbdə gördüyü işlər təqdirə layiqdir. Dünyanın olduqca müxtəlif qayğılar içərisində boğulduğu vaxtda belə mühüm əhəmiyyətli işlərə vaxt tapıb, gələcək nəsillərin qayğısına qalan Ramil Əliyevə, Günay Əliyevaya, Arzu Rzayevaya və  balacalar üçün yazıb-yaradan Zaur Ustaca öz təşəkkürlərimizi bildiririk. Uğurlarınız bol olsun! Fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik!

İlkin mənbə: facebook.com


YAZARLAR.AZ


===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r