Xocalı tarixin qanlı yarası,

Bu gecə insanı xar etdi insan.

Əməli ömürlük bir üz qarası,

Bu boyda dünyanı dar etdi insan.

*  *  *

Bütün olanları yazıbsa Allah,

O gecə qələmin doldurub qanla.

Dünyada ədalət olubsa hərgah,

O gecə insanlar öldürüb anla!!!   24.02.2021. – Bakı

Müəllif: Tuncay ŞƏHRİLİ (MUSTAFAYEV)