Fəridə ABDUL – şair, yazar, filoloq.

ZƏFƏR DASTANI


Artıq yaramız deyil,
Anamızdır Qarabağ.
Uğruna can verilən
Yarımızdır Qarabağ.
Torpağında qan axıb
Canlar yatb, kök salıb
İgidimin izləri
Qarabağda itibdir
Əclafların izləri.
Səbrin sonu salamat,
Alındı ki bu torpaq
Ağlamasın bir daha
Övlad deyə hər gecə,
Qanamasın bir daha.
Silinməsin tarixdən
Qəhrəmanlıq dastanı
Yazılsın ağıllara,
İgidlərin dastanı.
Düşmən, danış nağılı
Xeyri yoxdu biləsən
Yazdı bizim oğullar
Yazdı tarix dastanı
Şəhid verdi hər şəhər
Torpağının uğruna.
Tarix də şahid buna
Allah da şahid buna
Qorquddan Koroğluya
Bəşərdi şahid buna
Oğul qayıtdı yurduna
Ana basdı bağrına
Bu dastan gözəl bitdi
30 illik həsrətlər
Sona yetdi,dərd bitdi
Bilən bilir indi ki
Zəfər oldu sonumuz
Hamı bilsin olanı
Dünya duysun bu anı
Biz dəmir yumruq olub
Aldıq bizim olanı.

SEVGİ ŞEİRİ

Şirin yuxun olaydım
Ayılmaq istəməzdin
Bəlkə keçmiş qayıtsa
Ayrılmaq istəməzdin.
Kədər olardım gözündə,
Bir daş olar qəlbində
Oturardım ürəyinə.
Bəzən göz yaşn olb,
Axardım ovuclara
Tutmadığım əlləri,
Göz yaşların tutardı.
Hər tində, hər küçədə
Məni görmək ümidi
Səni başdan sarardı.
Qəlbin yaman atardı
Məni atdığın kimi.
Yuxuların qaçardı
Məndən qaçdığın kimi.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru