SHAHRILI.WORDPRESS.COM

ŞƏHRİLİ SÖZ DÜNYASI – شهرلی سؤز دونیاسی

ƏN YENİ YAZILAR

“SHAHRILI WORDPRESS” (ŞƏHRİLİ SÖZ DÜNYASI) KOLLEKTİVİ OLARAQ VƏZİFƏMİZ İLK NÖVBƏDƏ DÜNYADA VƏ ELƏCƏ DƏ AZƏRBAYCANDA YAŞAYAN ŞƏHRİLİLƏR HAQINDA MƏLUMATLAR PAYLAŞMAQDIR. BU İŞDƏ SİZ DƏ ÖZ TÖHFƏLƏRİNİZİ VERƏ BİLƏRSİNİZ. AZƏRBAYCAN (TÜRK), İNGİLİS, RUS DİLLƏRİNDƏ (LATIN, KRİL, ƏRƏB QRAFİKALARINDA) MƏQALƏLƏRİNİZİ BİZƏ GÖNDƏRİN, YAYIMLAYAQ (ÖDƏNİŞSİZ). “SHAHRILI WORDPRESS”


؛؛شهرلی وورد پرس؛؛(شهرلی سؤز دونیاسی)کوللئکتیوی اولاراق؛

وظیفه میز ایلک نؤوبه ده؛ دونیادا و ائله جه ده آذربایجاندا؛یاشایان شهر لی له ر حاققیندا

معلوماتلارپایلاشماقدیر.بو ایشده سیزده اؤز تحفه له رینیزی؛وئره بیله رسینیز

آذربایجان(تورک),انگلیس, روس دیل له رینده(لاتین ,کریل,عرب گرافیکالاریندا)

مقاله له رینیزی بیزه گؤنده رین, یاییملایاق(اؤده نیشسیز).؛؛شهری لی وورد پرس؛؛

Ünvanına yetişməyən məktub – Əntiqə Rəşid yazır

(Hekayət) 1993-cü ilin yazı idi. İlıq nəfəsli, bənövşə qoxulu bahar ürkək-ürkək özünü göstərirdi. Əl-ayaq dəyməyən yerlərdə, kolların dibində, cığırların kənarında körpə, yaşıl otlar cücərirdi. Arabir günəş tənbəl-tənbəl buludların arasından görünür, tez də yoxa çıxırdı. Elə bil müharibənin soyuq nəfəsi yazı qorxudur, gəlişinə mane olurdu.Kəndimiz döyüş zolağının 10-15 km-də yerləşirdi. Odur ki, kəndin mərkəzində yerləşən ikimərtəbəli […]

ZAUR USTAC – GÖZÜN GÖZÜ

GÖZÜN GÖZÜ Gülən gözün gözəlliyi gözəldir,Gülən gözü görünməyən göz görər….Gözün gülür, gözün gözü gülməyir,Gözdə gözü görünməyən göz görər….* * *Gözü gözdən gözün gözü gizlədir,Gözdə gözü gözün gözü gizlədir,Gözün gözü gözümüzdə gizlidir,Gizli gözü görünməyən göz görər…. * * *Göygöz giryan, gözü gülməz, gülümsər,Gülən gözün gözü gözdən gülümsər,Gülməyən göz, gözə gözdən gülümsər,Giryan gözü görünməyən göz görər……21.09.2015. Bakı […]

ZAUR USTAC – YER CƏZA YERİDİR! – زائـــور اوستاج

YER CƏZA YERİDİR!Ey insan, unutma;Almanı xatırla,Adəmi xatırla,Həvvanı xatırla!* * *Ey insan, unutma;Əzanı xatırla,Qəzanı xatırla,Cəzanı xatırla!* * *Ey insan, unutma;Yer cəza yeridir!Yer cəza yeridir!Yer cəza yeridir!14.09.2020. Bakı.Müəllif: Zaur Ustac !یئـر جـزا یئـری دیرای اینسان, اونوتما؛آلمانی خاطـیرلا؛آدمـی خاطیرلا؛!حــوّانـــی خاطیرلا* * *ای اینسان,اونوتمـا؛اعضـانی خاطیـرلا؛قضـانـی خاطیـرلا؛!جـزانـی خاطیـرلا* * *ای اینسان,اونوتمـا؛!یئـر جـزا یئـری دیر!یئـر جـزا یئـری دیر!یئـر جـزا یئـری دیر […]

“SƏMİMİ SÖHBƏT”İN BUGÜNKÜ QONAĞI YAZIÇI, PUBLİSİST, İCTİMAİ XADİM ÇİNGİZ ABDULLAYEVDİR.

TƏRANƏ MƏMMƏDİN LAYİHƏSİ “SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir […]

İLDIRIM ƏKBƏROĞLU – ANA ŞEİRİ

ANA(Dünya işığına həsrət qalan anama…) Bir ana gözünə işıq nədir ki,Aldı görməmiş tək, tamarzı təki.Bəlkə həyat verən istəmədi ki,Görəsən dünyanın nəsini, ana! Sən də həyat verən,sən də bir sirsən,Əllərin göylərdə, hey baş əyirsən.Yenə də gözünü qurban deyirsən,Eşitsən övladın səsini, ana! Nə var göy üzündə, yeddinci qatda,Behişt də, cənnət də ayağın altda.Tanrı imtahana çəkər həyatda,Deyirlər sevdiyi […]

ELTUN SƏFƏR – HƏSRƏT

HƏSRƏT Sənin gedişinlə öldü ümidlər,Ağacın qırılmış qolları kimi.Sənin baxışların azdırdı məni.Həyatın çıxılmaz yolları kimi.* * *Bir günün içində itirdim getdi,İllərdir ürəkdən sevdiyim kəsi.Bir zamanlar mənim baxdığım gözə,İndi saatlarla baxır özgəsi.* * *Nə üçün yaranıb, həsrətlə, hicran,Nə üçün qəlbimi oymağa gəlsin.Gedin o vəfasız yarıma deyin,Qəbrimə gülləri qoymağa gəlsin.* * *Gecələr həsrətə, dözdüm birtəhər,Dedim sevinərəm səhər olanda.Mən […]

ZAUR USTAC – HERMAFRODİT

Zaur Ustacın şeiri. HERMAFRODİT(…”payıza”…)Məchulsa, cinsi bir kəsin,Bəlkə, hermafroditdi…Adı yoxsa, bir nakəsin,Bəlkə, hermafroditdi…* * *Qışdı ya payız bilinmir,Qovun ya qarpız bilinmir,Oğlandı ya qız bilinmir,Bəlkə, hermafroditdi…* * *Adamdı, oyux bilinmir,Bordaxdı, burux bilinmir,Atdı ya ulax bilinmir,Bəlkə, hermafroditdi…* * *Şalğamdı, pazı bilinmir,Çoxu çox, azı bilinmir,Ördəyi, qazı bilinmir,Bəlkə, hermafroditdi…* * *Nə sudadı, nə quruda,Nə lildədi, nə duruda,Çatmayıb, qalıb boruda,Bəlkə, hermafroditdi…* […]

MÜNTƏXƏBAT – MƏKTƏBƏQƏDƏR TƏHSİL (BÖYÜK QRUPLAR ÜÇÜN 4-5 YAŞ)

MÜNTƏXƏBAT – MƏKTƏBƏQƏDƏR TƏHSİL (BÖYÜK QRUPLAR ÜÇÜN 4-5 YAŞ) BU TOPLUDA ZAUR USTACIN DA ŞEİRLƏRİ YER ALIB. İSTİFADƏÇİLƏRƏ ƏLÇATANLIĞI TƏMİN ETMƏK ÜÇÜN PDF VARİANTINI TƏQDİM EDİRİK, BUYURUN İSTİFADƏ EDİN: ZAUR USTACIN YAZILARI YAZARLAR.AZ=============================================== <<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>  Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DEPRESİYA ADLI VAHİMƏ – AYTAC İBRAHİM

…depresiya adlı vahimə… Günümüzün ən aktual məsələlərindən biri də depresiya adlı vahimənin insanların həyatında idarəedici qüvvə olmağıdır.Maddi sıxıntıların bolluğu, mənəvi mövzularda əskik hiss etmək, özgüvən problemi və bir çox amillər depresiyaya düşməyə səbəb yaradır.Yaşından aslı olmayaraq çoxları bu məqamda özü ilə bacarmır, intihar edir və ya özünü yaşarayaq öldürən metodlara əl atır.Nəticə isə uçurumdur….Əsas olan, xaotik […]

Yüklənir…

Something went wrong. Please refresh the page and/or try again.


BİZİ İZLƏYİN

Create your website with WordPress.com
Başla:
%d bloqqer bunu bəyənir: