Cəfər İsmayılov – İsmayılov Cəfər Təvəkkül oğlu 1973 – cü il Ağdam rayonu, Yusifcanlı kəndi, Şəhrili Məhləsində anadan olmuşdur. 1980 – ci il Ağdam rayon, Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş, sonra təhsilini Ağdam şəhər 50 saylı texniki peşə məktəbində davam etdirmişdir. Təhsilini başa vuran kimi – 1991 – ci ilin payızında Ağdam cəbhəsində döyüşən orduya qoşulmuş və 1992 – ci ilin payızına qədər vuruşmuşdur. Bu müddət ərzində iki dəfə yaralanıb, müalicə aldıqdan sonra orduya qayıdan Cəfəri 15 oktyabr 1992-ci ildə güc-bəla ilə ordudan uzaqlaşdırırlar. Tərxis olduqdan sonra belə əsgər yoldaşlarının yanında uzun müddət qalaraq onlara kömək etmişdir:

Şəhrili aslanları: cc, am. Allah can sağlığı versin. Birinci Qarabağ müharibəsi qazisi olan Cəfər İsmayılov səbrsizliklə doğma Yusifcanlıya – Şəhrili Məhləsinə qayıdacağı günü gözləyir. Evlidir. Övladları var.

Fotoda (sağdan sola): Cəfər İsmayılovAyaz Məmmədrzayev , Camal Abdullayev, Arif Məmmədov – Yaşar bu cavanlar Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin 1991- ci il məzunlarıdır.

Fotoda (sağdan sola): Məmmədrza Mejdinov, Cəfər İsmayılov, Arzuman İsmayılov, Ayaz Məmmədrzayev



Müəllif: Zaur Ustac


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR