Məmmədrza Mejdinov

Məmmədrza Mejdinov – Mejdinov Məmmədrza Ehtiram oğlu Azərbaycan Respublikası, Ağdam rayonu, Yusifcanlı kəndində yaşayan igid Şəhrili oğullarından biridir. O, 19 oktyabr 1974 – ci ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olub. 1981 – ci ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə gedib. 1991 – ci ildə həmin məktəbi bitirib. Yeniyetməlik və gənclik illəri mənfur qonşularımızın fasiləsiz olaraq törətdiyi fitnə-fəsadlar içində, mərmi yağışları altında keçib. 1992-ci ilin payızından döyüşən orduya qoşulub. Birinci Qarabağ Müharibəsi zamanı topçu olaraq fəaliyyət göstərib. 1996-ci ildə ehtiyata buraxılıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısı – Müharibə Veteranıdır. Sadə, zəhmətkeş insandır. Cənab Ali Baş Komandanın çağırışı ilə könülü olaraq qeydiyatdan keçərək, İkinci Qarabağ – Vətən müharibəsində iştirak etməyə çox çalışsa da zərurət olmadığı üçün səfərbərliyə alınmayıb. Buna baxmayaraq, döyüş bölgəsinə yaxın yaşadığına görə döyüşlər getdiyi dövürdə daim əsgərlərimizin yanında olub, əlindən gələn köməkliyi əsirgəməyib. Evlidir. Övladları var. Doğma Yusifcanlıya, Şəhrili məhləsinə dönəcəyi günü səbirsizliklə gözləyir.

QEYD

Məmmədrza nın digər üç əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı – Müharibə Veteranı, bir əmisi Ehtiraz Mejdinov isə Birinci Qarabağ Müharibəsi şəhididir.

Birinci Qarabağ müharibəsi zamanı MN -fotoqrafı tərəfindən çəkilmiş foto. Fotoda (sağdan) Mejdinov Məmmədrza – Şəhrili, Əmirov Nağı (MN-nin zabiti – Yusifcanlı), Cəfərov Cəfər Mikayıl oğlu.

Fotoda (sağdan sola): Məmmədrza Mejdinov, Cəfər İsmayılov, Arzuman İsmayılov, Ayaz Məmmədrzayev


Müəllif: Zaur Ustac



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR