
<<< BAYATILAR – SARI AŞIQ>>>
Aşıq da ayin dilər,
Bədr oldu ay indilər.
Yaxşıyan keçən günlər
Olaydı ay indilər!
<<< BAYATILAR – SARI AŞIQ>>>
Gecələr ay ilişi,
Yaxşının ay il işi.
Aşığın candan eylər
Yuxudan ayılış.
<<< BAYATILAR – SARI AŞIQ>>>
Aşıq yaxşı dan gözlər,
Mürgün yaxşı dən gözlər.
Baxdıqca şirin düşər ,
Doymaz Yaxşıdan gözlər.
<<< BAYATILAR – SARI AŞIQ>>>
Təqdim edir: Tuncay ŞƏHRİLİ
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR: